Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə XİN Sarkisyanın bəyanatını pislədi
28.07.11 02:30

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarına sərt cavab verib. “KƏLAMİNFO” xəbər verir ki, Türkiyə XİN-in rəsmi saytında Ermənistan prezidentinin hərəkəti məsuliyyətsizlik kimi dəyərləndirilib. “Ermənistanda 25 iyul 2011-ci il tarixdə keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin verdiyi suala prezident Serj Sarkisyanın verdiyi cavabı şiddətlə qınayırıq. Öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən olmalıdır. Bunun əksinə bir rəftarla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir. Regionda sülhü təsis etməyə istiqamətlənmiş axtarışların sürətləndiyi bir vaxtda Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir.”-deyə Türkiyə XİN-in saytında bildirilir.
URL / WWW
http://kelam.az/article/a-4131.html