Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » R.T.Ərdoğan: "Dağlıq Qarabağ problemi həll edilərsə Türkiyə-Ermənistan problemi də həllini tapar”
08.12.09 21:31

"Azərbaycan-Ermənistan problemi həll edilərsə Türkiyə-Ermənistan problemi də həllini tapar. KƏLAMİNFO xəbər verir ki, bu barədə bəyanatla Vaşinqtonda Türkyənin Baş nazri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə iki saat davam edən görüşündən sonra keçirdiyi mətbuat konfransında çıxış edib. R. Ərdoğan bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşma prossesi Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlıdır. O, bunun üçün də ATƏT-in Minsk Qrupunun səylərini artırmalı olduğunu vurğulayıb. “Bu məsələlərin hər ikisi bir-biri ilə bağlıdır. Bu həll olunmadığı halda, digərinin də həlli müşkül görünür. Minsk Qrupunun üzərinə düşən vəzifəni yerinə yetirməsi, bu prosesi sürətləndirməsi, bir an öncə burada bir nəticəyə varması lazımdır. Azərbaycan-Ermənistan prezidentlərinin görüşlərinə bu üçlüyün verəcəyi dəstəyi və bu prosesi sürətləndirmək, bir an öncə nəticə əldə eləmək lazımdır. O zaman Azərbaycan-Ermənistan problemi həll olunar və Türkiyə-Ermənistan problemi də qəti şəkildə sürətlənər",- deyə R.Ərdoğan bildirib. Onun sözlrinə görəb, həm Bakıda, həm də İrəvanda Minsk Qrupunun əhəmiyyətini yaxşı başa düşürlər və ona görə, həmsədr ölkələr bu işdə fəal olmalıdır. O, bu məsələləri bir qədər əvvəl Böyük İyirmiliyin görüşündə də Amerika prezidenti ilə müzakirə etdiyini xatırladıb. O, Azərbaycan torpaqlarının Ermənstan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı BMT-nin məlum qətnamalərini xatırladıb və rəsmi Bakının mövqeyini B.Obamanın nəzərinə çatdırıb. R.Ərdoğan B.Obama ilə "Nabukko" qaz kəməri layihəsini və bu məsələ üzrə Azərbaycanla aparılan danışıqları da müzakirə etdiyini söyləyib. R.T.Ərdoğan Türkiyənin əsas tranzit xətti üzərində yerləşdiyini və “Nabucco” layihəsinə dəstək verməyə hazır olduqlarını vurğulayıb. Baş nazir mətbuat konfransında qeyd edib ki, ABŞ prezidenti ilə İran nüvə proqramı, İraq, Nabukko, Kipr, İsrail-Fələstin münaqişəsi və Əfqanıstan məsələsini də müzakirə edib.
URL / WWW
http://kelam.az/article/a-413.html