Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vladimir Jirinovski: “Ermənistanın məğlubiyyəti bizə sərf etmir”
26.07.11 18:27

«Üçüncü dünya müharibəsi artıq gedir». Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Altay vilayətinin sakinləri ilə görüşdə deyib. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Jirinovski: «Bəli, indi bu müharibə Avropada yoxdur. Lakin orada müharibə 1991-ci ilin yanvarında başlayıb. O zaman 33 dövlət İraqa hücum etdi. Sonra onlar Yuqoslaviyanı bombaladılar, sonra Əfqanıstana hücum etdilər, yenidən İraqı bombaladılar, indi də Şimali Afrikadır. Müharibə bizə doğru yaxınlaşır. Suriyadan olan qaçqınlar artıq Türkiyədədir. Azərbaycanı mübahisəli Dağlıq Qarabağa görə Ermənistana hücum etməyə təhrik edirlər. İran Ermənistanın, Türkiyə isə Azərbaycanın tərəfində duracaq. Biz isə Ermənistanın müdafiəsinə qalxırıq. Çünki onun məğlubiyyəti bizə sərf etmir. Axı orada bizim bazamız var» deməklə kifayətlənib.
URL / WWW
http://kelam.az/article/a-4129.html