Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Böyük Britaniya ifrat sağçı qruplara nəzarət məsələsinə yenidən baxacaq
26.07.11 17:27

Böyük Britaniyanın baş naziri Devid Kameronun ofisi Norveçdə keçən həftə baş vermiş kütləvi qırğından sonra ifrat sağçı qruplara nəzarət məsələsinə yenidən baxılacağını bildirir. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, baş nazir bu gün Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. İclasda Britaniya təhlükəsizlik agentliklərinin ifrat sağçı qruplara şuranın dediyi kimi, adekvat nəzarət edib-etmədiyi məsələsi müzakirə edilib. İclasda, həmçinin Norveçdə 76 adamın ölümülə nəticələnmiş hücumun Britaniya üçün nəticələrinin müzakirəsi də yer alıb. Norveç hücumlarında əsas şübhəli Anders Berinq Breyvikin Britaniyada ifrat sağçılar tərəfindən cəlb edildiyini iddia olunur. Polis hər hansı mümkün əlaqənin olub-olmadığını araşdırır.
URL / WWW
http://kelam.az/article/a-4128.html