Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Milli Kino Gününün son hazırlıq işləri aparılır
26.07.11 18:27

Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən Yusif Şeyxovun “KƏLAMİNFO”ya verdiyi məlumata görə, Milli Kino Gününün açılışı gələn ayın 2-si Gənc Tamaşaçılar Teatrının foyesində və qarşısında axşam saatlarında baş tutacaq və son hazırlıq işləri aparılır. “Təntənəli açılışdan sonra tədbir iştirakçıları nümayiş olunacaq sərgi ilə tanış ola biləcəklər” - deyə vurğulayan Y.Şeyxov digər maraqlı görüntülərin də sərgilənəcəyini bildirib: “Sərgidə müxtəlif illərdə çəkilmiş kinofilmlərdə istifadə edilən iri və kiçik həcmli rekvizitlər – tanklar, toplar, müxtəlif silah növləri, məişət əşyaları və s. təqdim olunacaq. Bundan başqa, bayram axşamı “Milli kinomuzda geyimlər” bölməsində tamaşçılar bu vaxta qədər milli kino tariximizdə aktyorlarımızın müxtəlif rollar üzrə istifadə etdikləri geyimləri canlı görüb, hətta onlara toxuna biləcəklər ki, düşünürəm bu da iştirakçıların zövqünü oxşamaqla tədbirə xüsusi rəng qatacaq”. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə ənənəyə uyğun olaraq “Bu meydan, bu ekran” müsabiqəsinin qalibləri də mükafatlandırılacaq. Tədbirin sonunda “İlahi Məxluq” filmi nümayiş olunacaq.
URL / WWW
http://kelam.az/article/a-4127.html