Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb
26.07.11 18:27

Ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb. Bu barəədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından veriblər. Vətəndaşların ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri Apelyasiya komissiyası tərəfindən iyulun 26-dan 28-dək araşdırılacaq. Aşağıdakı hallarla bağlı müraciətlərə baxılmır: - ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi; - imtahan qaydalarının bakalavr tərəfindən pozulması; - bir ali məktəbdən başqasına köçürülməsi, təhsil formasının və ya ixtisasın dəyişdirilməsi və təhsil haqqının ödənilməsi. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur. Bakalavr Apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.
URL / WWW
http://kelam.az/article/a-4125.html