Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sarkisyan yenə Türkiyə torpaqlarına iddiasını açıqladı
26.07.11 18:26

Sarkisyan indi də Türkiyə torpaqlarını Qərbi Ermənistan adlandıraraq oranın birləşdirilməsini gələcək nəsillərə həvalə edib. Bu barədə “KƏLAMİNFO” erməni mətbuata istinadən xəbər yayır. Ermənistan prezidentinin sözlərinə görə, Ağrı Dağı bölgəsinin geri alınmasını yeni nəsillərin boynundadır. “Bu sizdən - gələcək nəsillərdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirdi. 90-cı illərdə vətənimizin bir hissəsi Arsaxı (Dağlıq Qarabağ ərazisi) düşmənin əlindən xilas etdik. Hər nəslin bir vəzifəsi var. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizdən asılıdır. Biz erməni xalqı hər zaman Səməndər quşu kimi küllərdən dirilməyi bacarmışıq. Amma bunu da deməliyəm ki, hazırda ölkələrin etibarı ərazi böyüklüyü ilə ölçülmür. Ermənistan müasir, etibarlı və iqtisadiyyatda müvəffəqiyyətli ölkə olsa, etibarı da o qədər yüksək olacaq” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4123.html