Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Polşa prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri başlayıb
25.07.11 19:21

Polşa Respublikasının prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri başlayıb. “Azadinform” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Bronislav Komorovski və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. Səfər zamanı Polşa prezidenti Azərbaycan prezidenti İlham Əliyev və Milli Məçlisin sədri Oqtay Əsədovla görüşəcək. Danışıqlardan sonra dövlət başçıları xarici siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində əməkdaşlığı ehtiva edən bir sıra sazişlərə imza atacaqlar. Səfər gedişində iki ölkə arasında 2011-2013 illəri əhatə edən mədəniyyət sahəsində əməkdaşlığa dair, baytarlıq qurumları arasında və informasiya sahəsində əməkdaşlığa dair sazişlərin imzalanacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-4122.html