Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Bəzi özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır”
22.07.11 19:13

“Bu gün Azərbaycanda bəzi özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, TQDK ali məktəbə qəbul zamanı müsabiqəyə buraxılmış abituriyentlərin ən yaxşılarını seçir. “200 bal toplamış abituriyentlər prestij ixtisaslara qəbul oluna bilmirlər. Onların əsas qəbul olunduqları yerlər özəl ali məktəblərdir” - deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri deyir ki, özəl universitetlər 200 bal toplamış abituriyentləri məmnuniyyətlə qəbul edirlər. “Universitetlərdən soruşmaq lazımdır ki, belə tələbələr universitetlər üçün qaneedicidir, ya yox. Onlar bu tələbələri istəyirlər. Biz hətta o balı aşağı salsaq - 100 bal toplamış abituriyentləri qəbul etsək, bir çox özəl universitet belə tələbələri də qəbul edərlər. Görürsünüz ki, Odlar Yurdu Universiteti 20 bal toplamış abituriyentləri də qəbul edib” - deyə o bildirib.
URL / WWW
http://kelam.az/article/a-4117.html