Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ərdoğan: “Avropa Birliyi cavab verməli olacaq”
22.07.11 19:13

“Avropa Birliyi öz sözünü tutmadığına görə cavab verməli olacaq”. "KƏLAMİNFO" xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdə çıxışında deyib. "Bütün dünya bilsin ki, Kipr türkləri ilə aramızda qardaşlıq münasibətləri hər zaman olacaq. Biz Türkiyə olaraq Kipr adasında iki bərabərhüquqlu dövlətin federal dövlət yaratmasını və dövlətin federal hökumətlə idarə olunmasının tərəfdarıyıq. Ancaq Türkiyə yunan Kiprini ayrıca dövlət kimi tanımayacaq" - deyə o vurğulayıb. Ərdoğan, həmçinin qeyd edib ki, Kipr problemi 2012-ci ilə qədər həll olunmalıdır. "Kipr problemi 2012-ci ilə qədər, yəni AB-yə sədrlik yunan Kiprinə keçənə qədər həll olunmalıdır. Əks halda biz AB ilə əlaqələri kəsəcəyik. Özünü ədalət tərəfdarı kimi təqdim edən AB 2004-cü ildə verdiyi sözlərin üstündə durmadı. Onlar bu səhvlərinə görə cavab verməli olacaqlar" - deyə Ərdoğan diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-4115.html