Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə Odlar Yurdu Universitetinin rektorunun müraciətinə rədd cavabı verdi
23.07.11 00:12

“Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev tibb fakültəsini bu il bitirən oğlan tələbələrin rezidentura imtahanlarına buraxılması ilə bağlı mənə müraciət edib”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib O qeyd edib ki, burada söhbətin əsasında Müdafiə Nazirliyindən xahişlə bağlı məsələ durur. “Mən Azərbaycan Tibb Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etmişdim ki, onlar iyul çağırışında yox, oktyabr ayında hərbi xidmətə çağırılsınlar. Çünki bu il rezidentura imtahanları sentyabr ayında keçiriləcək” - deyə TQDK sədri vurğulayıb. O bildirib ki, bu barədə qərara Tibb Universitetinin tələbələri ilə görüşdə gəlib və həmin tələbələrə bununla bağlı söz verib. “Ancaq hər hansı qurumdan xahiş etmək və ya etməmək qanun pozuntusu, yaxud qanunun tələbi deyil. Odlar Yurdu Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etməyəcəyəm. Bu, hər hansı qanunun tələbi də deyil ki, mən xahiş edim. O tələbələrin həmin universitetə necə qəbul olunduğu bilinmir. Onlar 2005-ci ildə TQDK-nın keçirdiyi imtahanda iştirak edib və heç bir universitetə qəbul olunmayıb. Ancaq sonradan Beynəlxalq və Odlar Yurdu Universitetlərinə necə qəbul olublar, mən bunu bilmirəm. İkincisi, özəl universitetlərin tibb fakültələrinə çox aşağı balla qəbullar aparılıb. Buna görə də Müdafiə Nazirliyindən xahiş etmək niyyətində deyiləm və etməyəcəyəm” - dey, o, əlavə edib. Qeyd edək ki, universitetin rektoru Ə.Vəliyev mətbuatda onun müraciətinə baxılmaması ilə bağlı şikayətini bildirmişdi.
URL / WWW
http://kelam.az/article/a-4112.html