Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistraturaya qəbul olanlardan 3935-i qeydiyyatdan keçib
21.07.11 19:54

Magistraturaya qəbul olunan 4396 bakalavrdan yalnız 3935-i qeydiyyatdan keçib. Bu barədə “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, 461 nəfərin adı ali məktəblərin magistraturasına qəbul olunanların siyahısından çıxarılıb. “Qaydalara əsasən, magistraturaya qəbul olunan şəxslər iyulun 18-i saat 17:00-a kimi daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməli idilər. Əks halda bu, onların daxil olduqları ixtisasdan imtinası kimi qəbul ediləcəkdi. Magistratura pilləsinə daxil olanlardan yalnız 89,51%-i daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib”-deyə o əlavə edib. E.Nağızadə həmçinin TQDK-nın avqustun əvvəllərində magistraturaya vakant yerlərlə də qəbul elan edəcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-4109.html