Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aztəminatlı ailələr üçün turizm səfərləri təşkil ediləcək
21.07.11 19:54

Turist axını çox olan rayonlarda “Bu Vətən bizimdir” adlı turist düşərgələri təşkil ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Turizm ili” ilə bağlı Tədbirlər Planında öz əksini tapıb. Tədbirlər Planına əsasən, düşərgələr iyul-sentyabr aylarında Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən yaradılacaq. Sənəddə, həmçinin aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili də nəzərdə tutulur. İlin ikinci yarısında reallaşdırılması planlaşdırılan tədbirin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib.Sentyabrda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş müvafiq tədbirlər çərçivəsində “Turizm ili”nə dair təbliğat işlərinin təşkili Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyinə, 2011-ci il üçün Azərbaycanın “Əfsanələr paytaxtı” Şabranda, “Folklor Paytaxtı” Lənkəranda və “Sənətkarlıq Paytaxtı” İsmayıllıda milli dəyərlərin təbliği məqsədi ilə keçiriləcək tədbirlərin “Turizm ili” çərçivəsində qeyd olunması Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrə tapşırılıb.
URL / WWW
http://kelam.az/article/a-4108.html