Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Moskva mütləq adına bağlanan Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməlidir”
21.07.11 19:54

“Artıq Qarabağ məsələsi uzun zaman davam edəcək bir problemdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün keçirdiyi “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloqun fikrincə, son vaxtlar Cənubi Qafqazda gedən yeni siyasi oyunlara nəzər saldıqda o qənaətə gəlmək olur ki, proses hələ davam edəcək. “Son Kazan görüşü yeni siyasi dividentlər ortaya qoydu və nəticə etibarı ilə görüşün uğursuzluğu daha çox Rusiyanın ziyanına işləyir” - deyə politoloq vurğulayıb. M.Əhmədoğlu deyir ki, bu gün Qarabağ məsələsinin həlli ilə bağlı onun nizamlanmasından başqa hər cür mövzularda danışıqlar gedir. “Rusiyanın MDB məkanında mövqeyinin zəiflədilməsi, İranın vurulması, İranın özünün bu münaqişədən istifadə edərək bölgədə nüfuz qazanmağa cəhd etməsi, Qərbin Cənubi Qafqazda yeni planları və sair danışıqlar bu gün Qarabağ münaqişəsinin “altında yatır”. Məsələ ilə bağlı bölgəyə səfər edənlərin əsas mövzuları da elə budur” - deyə o, əlavə edib. Politoloq onu da əlavə edib ki, münaqişənin yaranmasında səbəbkar olan Rusiya bu gün Yaxın Şərqdə nəsə əldə etmək istəyirsə, mütləq Qarabağla bağlı ciddi addım atmalıdır. “Bu gün Rusiyaya keçmiş SSRİ-də olan gücün yarısı lazımdır ki, Yaxın Şərqdə kifayət qədər mövqe əldə eləsin. Bunun üçün Moskva mütləq adına bağlanan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməlidir” - deyə M.Əhmədoğlu bildirib.
URL / WWW
http://kelam.az/article/a-4106.html