Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Bu günədək Azərbaycan Avropa Şurasının 55 sənədinə qoşulub”
21.07.11 19:53

“Azərbaycanla AŞPA arasında mövcud olan əməkdaşlıq daha da dərinləşəcək, yeni məna kəsb edəcək. Bu baxımdan ikitərəfli səyləri mütləq artırmaq lazımdır”. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bunları Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda səfərdə olan AŞPA Avropa Xalq Partiyasının üzvləri ilə görüşü zamanı deyib. O qeyd edib ki, Avropaya inteqrasiya, AŞPA-ya üzv ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindəndir. “Quruma tamhüquqlu üzv olduğumuz dövr ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu müddətdə Azərbaycanda demokratiya, qanunun aliliyi, insan haqları sahəsində böyük nailiyyətlər əldə edilib. Bu prosesdə Avropa Şurasının rolunu biz yüksək qiymətləndiririk” - deyə O.Əsədov vurğulayıb. Spiker deyib ki, Azərbaycan Avropa ölkələri ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır. “Bu günədək ölkəmiz Avropa Şurasının 55 sənədinə qoşulub. Qurum qarşısında götürülmüş öhdəliklərin çox böyük hissəsi yerinə yetirilib və bu istiqamətdə iş davam etdirilir. Yaxın gələcəkdə biz “Siyasi partiyalar haqqında” yeni qanunu qəbul etməyə hazırlaşırıq. Avropa ölkələrinin çoxunun qəbul etmədiyi “Diffamasiya haqında” qanunun hazırlanması prosesi gedir. Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri hesab olunur. Burada müxtəlif dini konfessiyalar birgə fəaliyyət göstərirlər. Vicdan azadlığı Konstitusiya ilə təsbit olunub. Biz Avropaya inteqrasiya istiqamətində nə lazımdırsa edirik. Lakin bəzən bir sıra beynəlxalq qurumlar bizdən Avropanın özündə qəbul olunmayan addımlar atmağı tələb edirlər. Əlbəttə ki, bu, yolverilməzdir” - deyə O.Əsədov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4105.html