Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Axtarışda olan sonuncu hərbi cani həbs edildi
21.07.11 02:29

Serbiyanın hakimiyyət orqanları Qoran-Hadcicin həbs edildiyi barədə məlumat yayıb. Haaqa tribunalı tərəfindən Balkanlarda müharibə zamanı hərbi cinayətlər törətdiyinə görə axtarışda olan bu şəxsin həbsi barədə məlumatı Serbiya prezidenti Boris Tadiç verib. «KƏLAMİNFO» «B92» telekanalına istinadən xəbər verir ki, serb mənşəli xorvat siyasətçi Xorvatiya ərazisində 1992-1993-cü illərdə fəaliyyət göstərmiş tanınmamış Serbskaya Kraina Respublikasının rəhbəri olub. 2004-cü ildə Haaqa məhkəməsi ona qarşı 14 epizod üzrə ittiham irəli sürüb. O, xorvat əhalisinin qətlində və deportasiyasında günahlandırılır. Onun ələ keçirilməsi üçün ABŞ hökuməti beş milyon dollarlıq mükafat təyin etmişdi. Əlavə 1,4 mln. dollar isə Serbiya hökuməti təyin etmişdi. Ratko Mladiçin həbsindən sonra o, Haaqa məhkəməsinin Serbiyadan tələb etdiyi sonuncu cinayətkar idi. Hərbi cinayətkarların təhvil verilməsi Serbiyanın AB-yə üzvlüyündə əsas şərtlərdən biridir.
URL / WWW
http://kelam.az/article/a-4104.html