Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hansı jurnalistlər ev ala bilməyəcək?
20.07.11 20:28

Jurnalistlər üçün tikiləcək evin təməlqoyma mərasimi avqustdan o tərəfə keçməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Səbail Rayon İcra Hakimiyyətində milli mətbuatın 136-cı ildönümü münasibətilə keçirilən tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söyləyib. Fond rəhbəri xatırladıb ki, təməlqoyma mərasimi 22 iyulda nəzərdə tutulmuşdu. Ancaq bəzi sənədlər hələ tam hazır olmadığından bu, başqa vaxt olacaq. Onun sözlərinə görə, təməlqoyma mərasimi 20 günə kimi baş tutacaq. V.Səfərli qeyd edib ki, bu işin reallaşması ilə bağlı bir sıra müzakirələr keçirilib. Onun sözlərinə görə, əvvəlcə 1 blok 9 mərtəbəli binanın tikilməsi nəzərdə tutulmuşdu, ancaq müzakirələr və məsləhətləşmələrdən sonra bina ilə bağlı son qərar qəbul edilib. Qərara əsasən, jurnalistlər üçün tikiləcək bina 2 bloklu, 18 mərtəbəli və 154 mənzilli olacaq. V.Səfərli açıqlayıb ki, binada 2 mərtəbəli qaraj, Mətbuat Klubu və başqa yerlər də nəzərdə tutulub. Fond sədri, həmçinin evin jurnalistlərə hansı kriteriyalarla veriləcəyinə də toxunub. O, ehtimal edildiyini bildirib ki, Mətbuat Şurasının “qara siyahı”sında olan mətbu nəşrlərin jurnalistlərinə ev verilməyəcək. Qeyd edək ki, tədbirdəki çıxışı zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, jurnalistlər üçün bina rəhbərlik etdiyi rayonun ərazisində tikiləcək. Onun sözlərinə görə, hazırda həmin ərazidə ciddi hazırlıq işləri görülür.
URL / WWW
http://kelam.az/article/a-4103.html