Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev Turizm İnstitutunun bir qrup məzunu ilə görüşüb
20.07.11 20:28

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunun Avstriyanın Krems Universitetinin proqramı üzrə məzun olan tələbələrini qəbul edib. “KƏLAMİNFO”ya ATİ-dən verilən məlumata görə, görüş nazirin təşəbbüsü ilə baş tutub. Görüş zamanı Ə.Qarayev məzunlara öz nəsihət və tövsiyələrini verib, həmçinin məzunların gələcək planları ilə bağlı fikirlərini bölüşüb. Ə.Qarayev Krems Universitetinin diplomunu alan məzunların peşəkarlığını yüksək qiymətləndirdiyini və onların gələcək turizm sənayesi üçün çox vacib kadrlar olduğunu vurğulayıb. Nazir bildirdi ki, yüksək peşəkarlıqla yanaşı, müasir kadrlarda sərbəst düşünmə qabiliyyətinin və xarici dil bilgilərinin olması da çox önəmlidir. Ə.Qarayev məzunlara Azərbaycanın mədəniyyətini, tarixini dərindən bilməyi də tövsiyə edib. Görüşdə ölkəmizdə turizm statistikasının vəziyyəti, bununla bağlı hazırda rast gəlinən çətinliklər və bu çətinliklərin aradan qaldırılması istiqamətində yeni yetişən turizm kadrlarının roluna və bu istiqamətdə elmi araşdırmaların gücləndirilməsi zərurətinə toxunulub. Görüşdə aparılan müzakirələr zamanı məzunların diplom işlərinin müdafiəsi zamanı seçdikləri mövzulara da toxunulub. Məlum olub ki, elə mövzular var ki, Azərbaycanda ilk dəfədir gündəmə gətirilir. Buna görə də nazir ATİ rəhbərliyinə məzunların buraxılış işlərinin tezislərini praktiki baxımdan istifadə edilməsi üçün hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmək barədə göstəriş verib. Qeyd edək ki, Ə.Qarayev özü ATİ-nin müəllimidir. Görüş əsnasında o, növbəti tədris ilindən həftədə bir dəfə müntəzəm olaraq ATİ-də dərs keçəcəyini də diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-4102.html