Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Turizm İnstitutu diplom ala bilməyən tələbələrinə əlavə şans verib
20.07.11 20:24

Azərbaycan Turizm İnstitutu diplom ala bilməyən tələbələrinə əlavə şans yaradıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə institutun prorektoru Eldar Aslanov açıqlama verib. O bildirib ki, Boloniya prosesinin qaydalarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci ildə təsdiq etdiyi “Bakalavr səviyyəsində Dövlət Attestasiyasının keçirilməsi haqqında” əsasnaməyə görə, yekun dövlət attestasiyasından kəsilmiş tələbələrin növbəti beş il ərzində təkrar 2 dəfə dövlət attestasiyasına buraxılmaq hüququ var: “Bu qanun ATİ üçün də mövcuddur. Bizim institutda həm Krems qrupunda, həm də milli proqramda kəsilən tələbələr var. Bu tələbələrə institut rəhbərliyi tərəfindən bütün qaydalar izah edilib və lazımi sənədlər təqdim edilib. Kəsilən tələbələr təkrar imtahana oktyabr ayından başlayaraq, növbəti beş il ərzində nə vaxt istəsələr girə bilərlər. Əgər tələbə verilən bu iki şansdan da istifadə edə bilməsə, onda biz onlara natamam ali təhsil haqqında arayış verəcəyik”.Ötən il kəsiri qalan 34 tələbədən 21-i də bu il təkrar imtahana girmək üçün müraciət edib. İmtahana onlardan 13-ü qatılıb. Digər tələbələr əsgəri xidmətdən buraxılmadıqları üçün imtahan verə bilməyiblər. 13 nəfərdən də 4 nəfəri ikinci dəfə kəsilib. Qeyd edək ki, həmin 4 nəfərin də hələ bir şansı qalıb. Qeyd edək ki, ATİ-də ikinci məzun buraxılışı bu günlərdə olub. 192 tələbə milli diplom, 19 tələbə isə həm milli, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb.
URL / WWW
http://kelam.az/article/a-4101.html