Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
09.12.09 04:30

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında kimya fənnindən tətbiq ediləcək test modelinin müzakirəsi olub. Təqdim olunmuş test tapşırıqlarının hər biri məzmuna, mürəkkəblik dərəcələri və qabiliyyət göstəricilərinə görə təhlil edilib. Müzakirələr nəticəsində test tapşırıqları ilə bağlı irad və təkliflər bildirilib. Müəyyən düzəlişlər edilməklə, kimyanın ilk anlayışları, kimyəvi rabitə, məhlullar, metallar, azot və onun birləşmələri, oksidləşmə-reduksiya reaksiyaları, kükürd və onun birləşmələri və elektroliz mövzularına dair məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə əsaslanan, kimyəvi proses və hadisələrin mahiyyətinin açılmasına yönəlmiş test tapşırıqları qəbul olunub. Növbəti seminar iclasında müzakirələr davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-410.html