Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sahibə Qafarova: Dünya ictimaiyyəti ermənilərin vəhşiliklərinə göz yummamalıdır
21.07.11 02:24

“Bu, ermənilərin ilk təxribatı deyil. Bundan öncə də dəfələrlə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzun müddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri www.yap.org.az saytına açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, insanlığa sığmayan, vəhşicəsinə atılmış bu addımlar qəbuledilməzdir və dünya ictimaiyyəti ermənilərin bu vəhşiliklərinə göz yummamalıdır. Millət vəkili işğalçı ölkənin bu təxribatlarının arxasında konkret məqsədlərin olduğunu söyləyərək vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlarda hər dəfə bir canlanma yarananda, yeni bir situasiya ortaya çıxanda, ermənilər bu kimi çirkin, insanlığa sığmayan təxribatlara əl ataraq, danışıqlardan yayınmağa çalışır. “Amma bunlar da sona qədər davam edə bilməz. Gec-tez onların bu əməllərinə son qoyulacaq. Tarix və təcrübə də göstərir ki, heç bir cinayət cəzasız qalmır. Ermənistan dövləti və onun cinayətkar rəhbərləri də gec-tez hüquq müstəvisində bu əməllərinə, tökülən günahsız qanlara görə cavab verəcəklər” - deyə nümayəndə heyətinin üzvü vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4098.html