Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Moskvada Xəzərin statusuna dair növbəti iclas işə başlayıb
19.07.11 18:18

Bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edir. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin iclasın açılışında bildirib ki, işçi qrupun Moskvada keçirilmiş son toplantısından 2 il ötüb: “Bu müddət Xəzər dialoqunun yüksək intensivliyi ilə müşayiət olunub: Xəzərin statusu ilə əlaqədar danışıqların 3 raundu keçirilib. Əlavə olaraq Xəzəryanı dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlığına dair sazişin hazırlanması üzrə iş aparılıb”. O, iyulun sonunda Həştərxanda Xəzərin su bioresursları üzrə komissiyanın iclasının keçiriləcəyini də açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-4095.html