Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Araz Əzimov: «Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır»
19.07.11 18:18

«Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri “Exo Moskvı” radiosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsi Araz Əzimov deyib. Onun fikrincə, Rusiya Cənubi Qafqazda militarist yanaşmadan iqtisadi yanaşma konsepsiyasına keçməlidir: «Təəssüf ki, Rusiya Ermənistanda silahlı qüvvə saxlamağı önəmli sayır. Biz Cənubi Qafqazda bu cür militarist mövcudiyyətə getdikcə daha az əsas olduğunu görürük. Tankları tankerlərlə dəyişməyin, hərbi formanı iqtisadi mövcudiyyətlə əvəzləməyin vaxtı çatıb». XİN müavini bildirib ki, Ermənistanı danışıqlar prosesindəki konstruktiv təklifləri qəbul etməyə inandırmaq Rusiyanın öz marağındadır.
URL / WWW
http://kelam.az/article/a-4093.html