Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Türk rejissorunun filmi Avropada böyük marağa səbəb olub
19.07.11 18:18

Türkiyə rejissoru Semih Kaplanoğlunun çəkdiyi “Qızıl ayı” mükafatı alan “Bal” filmi keçən həftə İngiltərədə ekranlara çıxdıqdan sonra ingilis kino tənqidçilərinin güclü marağına və tərifinə səbəb olub. “KƏLAMİNFO” Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, tənqidçilərin marağına səbəb olan filmə hətta ulduz balları da verilib. “The Independent” və “Financial Times” tənqidçiləri filmə 5 ulduz, “”The Guardian”, “The Times”, “The Metro”, “Time Out” və “Evening Standart” yazarları isə 4 ulduzla rejissorun işinə öz qiymətlərini veriblər. Qeyd edək ki, türk rejissorun ərsəyə gətirdiyi “Bal” filmi yalnız İngiltərədə deyil, diğər Avropa ölkələrində də maraqla qarşılanıb. Xatırladaq ki, 2010-cu ilin sentyabr ayında Almaniyada ekranlara çıxan “Bal” kino tənqidçiləri tərəfindən mükafatlar alıb.
URL / WWW
http://kelam.az/article/a-4092.html