Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Angela Merkel avro ilə bağlı nikbin danışıb
19.07.11 18:18

Almaniya kansleri Angela Merkel Avrozona ölkələri ilə bağlı açıqlama verib. “KƏLAMİNFO”nun məlumatına görə, öz ölkəsinin KİV-lərinə danışan kansler hesab edir ki, bəzi avrozona ölkələrinin borc problemləri vahid Avropa valyutası üçün təhlükə deyil. “Avro böhranı yoxdur” deyən Merkelin fikrincə, hazırda yalnız ayrı-ayrı ölkələrə münasibətdə böhran barəsində danışmaq olar: “Biz avronun sabit valyuta olması üzərində çalışırıq. Ümumavropa pul vahidi Almaniyaya çox lazımdır. Avro Avropa eyniliyinin bir hissəsidir”. Merkel Yunanıstanın borcunun restrukturizasiyasını artıq istisna etməyib və eyni zamanda bunun arzuolunmayan ssenari olduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, avrozona ölkələrinin iyulun 21-nə nəzərdə tutulmuş növbədənkənar zirvə görüşündə Yunanıstana yardım göstərilməsi məsələsində yekdillik əldə ediləcək: “Yalnız konkret nəticələrin əldə edilməsinin mümkün olacağı təqdirdə həmin danışıqlara qatılacağam”. ABŞ-ın reytinq agentliklərinin fəaliyyətinə toxunan A.Merkel vurğulayıb ki, problem agentliklər deyil, borclardır, lakin böhranlı anlarda bu qurumlar problemi daha da ağırlaşdırırlar. Kansler Avropa Reytinq Agentliyinin yaradılması arzusunda olduğunu da gizlətməyib.
URL / WWW
http://kelam.az/article/a-4091.html