Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir
19.07.11 04:45

Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün E.Məmmədyarov rusiyalı həmkarı Serqey Lavrovla görüşərək, bir sıra ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaq. Azərbaycan XİN rəhbərinin səfəri zamanı eyni zamanda Rusiya prezidenti D.Medvedyevin Qarabağ tənzimlənməsinə dair Azərbaycan prezidentinə ünvanladığı şəxsi məktubuna rəsmi Bakının cavabı çatdırılacaq. E.Məmmədyarov və S.Lavrov, həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 3 sentyabr 2010-cu ildə imzalanmış dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsini həyata keçirəcək, 2011-2012-ci illər üçün Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr planını imzalayacaqlar. E.Məmmədyarovun Rusiya baş nazirinin müavini A.Xloponin və Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşləri də planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-4089.html