Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Moskva bölgədə təsirini “dondurulmuş” münaqişə vasitəsilə saxlayır”
19.07.11 04:45

“Bu gün Qarabağ münaqişəsinin həllində yaranan yeganə əngəl ondan ibarətdir ki, Kreml ermənilərə tapşırıb ki, Dağlıq Qarabağa yalnız müstəqillik tələb edin”. Bu barədə “KƏLAMİNFO”ya politoloq Vəfa Quluzadə bildirib. Politoloq bunu onunla əlaqələndirir ki, ruslara sülh lazım deyil. “Moskva yaxşı bilir ki, Azərbaycan Dağlıq Qarabağ müstəqilliyi ilə razılaşmayacaq. Onların əsas məqsədi odur ki, bölgədə sülh olmasın. Bölgədə sülh olması ruslar üçün Azərbaycan və Ermənistanın NATO-ya daxil olması təhlükəsini yaradır. Moskva bölgədə təsirini “dondurulmuş” münaqişə vasitəsilə saxlayır” - deyə V.Quluzadə vurğulayıb. Ekspert deyir ki, bu gün Rusiya Ermənistanın müstəqil dövlət olmasına imkan vermir. “Ona görə də Ermənistanla aparılan istənilən danışıq əbəsdir və vaxt itirməkdir. Çünki Ermənistan müstəqil dövlət deyil, Rusiyanın bir əyalətidir. Son diplomatik səylər də bir nəticə verməyəcək. İndiyə kimi görünən praktika bunu deyir. 1998-ci ildə ABŞ, Rusiya və Fransa prezidentləri Bill Klinton, Boris Yeltsin və Jak Şirak Dağlıq Qarabağ münaqişəsi haqda birgə bəyanat verdilər. Həmin bəyanatda deyilirdi ki, münaqişə gələn ilədək həll olunacaq. Hanı nəticə, niyə münaqişə həll olunmadı? Səfərlər, görüşlər, telefon danışıqları, bəyanatlar boş şeylərdir. Bunlar nəsə deməlidirlər də. Bu onların işidir. Azərbaycan dövləti ölkənin, ordunun inkişafı ilə məşğul olmalıdır ki, vaxt çatanda hazır olaq” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4088.html