Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanda 29 abituriyent IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarından xaric edilib
19.07.11 04:45

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada aparılıb. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən 2011-ci ildə IV qrup üzrə ərizə vermiş 14619 abituriyentdən 689 nəfəri imtaha gəlməyib. Abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb.
URL / WWW
http://kelam.az/article/a-4087.html