Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səlim Müslümov: “Pensiyaçıların 99,4 faizi pensiyasını plastik kartlarla alır”
19.07.11 04:45

“2011-ci ilin ilk yarısında Fondun xərcləri 905,8 mln. manat təşkil edib”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov fondun kollegiya iclasında bildirib. Onun sözlərinə görə, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 97,8 faizi və ya 886, 4 mln. manatı yönəldilib ki, bu da əvvəlki ilin ilk 6 ayına nisbətən 14 faiz çoxdur. DSMF sədri əlavə edib ki, hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 98,7 faizi, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99,4 faizi pensiyasını plastik kartlarla alır. İlin ilk yarısında ehtiyac olan ərazilərdə əlavə olaraq 10 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 507-yə çatdırılıb.Qeyd edək ki, kollegiya iclasında iyulun 1-dən etibarən tətbiq olunan pensiya artımları ilə bağlı əhalinin yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi də müzakirə edilib, şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması, vətəndaşların məhdudiyyətsiz qəbul olunması və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsinin təmin olunması barədə ciddi tapşırıqlar verilib. Kollegiya iclasında, həmçinin fəaliyyətlərində nöqsanlara yol verən Fondun yerli orqanlarının vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-4086.html