Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Hulusi Kılıç Tovuzda 13 yaşlı qızın faciəli ölümünü qınayıb
16.07.11 03:57

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Tovuz rayonunda 13 yaşlı qızın faciəli ölümü ilə bağlı açıqlama yayıb. Səfirlikdən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir ki, səfir 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan, içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirdiyini bildirib, bu qeyri-insani davranışı hiddətlə qınayıb. Qeyd edək ki, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq evə gətirib. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib. Partlayış nəticəsində A.Şahmalıyeva həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
URL / WWW
http://kelam.az/article/a-4084.html