Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Respublika Baş Prokurorluğunda kadr dəyişikliyi olub
16.07.11 03:57

Respublika Baş Prokurorluğunda kadr dəyişikliyi olub. Bu barədə “KƏLAMİNFO”a Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Nazim İmanov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Azər Hətəmov, Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru Tariyel Qurbanov tutduqları vəzifələrdən azad ediliblər. Onlar müvafiq olaraq Binəqədi, Tərtər və Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər.
URL / WWW
http://kelam.az/article/a-4081.html