Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistanın tədris müəssisələri bağlanır
08.12.09 17:31

Bu gündən etibarən dekabrın 19-na qədər Ermənistanda məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə tədris dayandırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə qərar Ermənistanın Baş naziri, səhiyyə, həmçinin elm və təhsil nazirlərinin birgə müşavirəsi zamanı qəbul olunub. Səhiyə naziri Aratun Kuşkyan deyib ki, son 10 günlərin müşahidələri göstərir ki, ölkənin bağça və orta məktəblərində kəskin tənəffüs xəstəlikləri geniş yayılıb. Təhsil və elm naziri Armen Aşotyan isə bildirib ki, şagirdlərin risk qrupuna daxil olduğu üçün təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edilib. Onun sözlərinə görə, ali məktəblərdə dərslərin davam etdirilməsi isə zaçot və imtahanların ketməsi ilə bağlıdır. “Ali təhsil müəssisələrində gənclərin böyük sayda yığışması qeydə alınmadığı üçün orada dərslərin davam etdirilməsi qərara alınıb”,-deyə nazir məsələyə aydınlıq gətirib.
URL / WWW
http://kelam.az/article/a-408.html