Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yeni səfir soyqırımı sözünü işlətmədi
14.07.11 23:43

ABŞ-ın Ermənistanda yeni səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Con Heffer Senatın Xarici Əlaqələr Komitəsinin keçirdiyi dinləmələrdə senatorların suallarına cavab verib. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Con Heffer dinləmələr zamanı Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından demokrat senator Bob Menendezin Osmanlı imperiyası tərəfindən 1,5 milyon erməninin sistematik şəkildə qırıldığı, yəni «soyqırımı»na məruz qalması hadisəsini qəbul edib-etmədiyi barədə suala cavabında «soyqırımı» sözünü işlətməsə də, Osmanlı imperiyasının son illərində 1,5 milyona qədər erməninin qətlə yetirildiyi fikri ilə razılaşdığını bildirib. O, eyni zamanda cavabında prezident Obamanın məsələ barədəki çıxışlarını xatırladıb. Dinləmələrdə Robert Menendezin başqa sualının cavabında Heffer cavabı dəqiq bilmədiyini etiraf etməklə yanaşı, indiki Türkiyə Cümhuriyyətinin Osmanlı imperiyasının varisi olduğu fikri ilə razılaşdığını deyib.Senatın Xarici Əlaqələr Komitəsi xarici ölkələrdə ABŞ-ın səfiri vəzifəsinə təyin olunmuş şəxslərin namizədliyini müzakirə edib səsverməyə çıxarır. Dinləmələr zamanı ABŞ-ın Makedoniyada səfiri vəzifəsinə Pol Volers və Moldovada səfiri vəzifəsinə Vilyam Moserin namizədliyi də müzakirə olunub. Hefferin namizədliyi komitə və Senat tərəfindən təsdiq olunsa, o, bu vəzifəyə üç il əvvəl prezident Corc Buş tərəfindən təyin olunmuş Mariya L.Yovanoviçi əvəzələyəcək. Con Heffer xarici siyasət idarəsinə 1982-ci ildən qoşulub. Daha çox Şərqi Asiya üzrə ixtisaslaşıb. İndiyə qədər Malayziya, Yaponiya və İndoneziya ilə bağlı işlərdə çalışıb. Hazırda ABŞ-ın NATO-dakı daimi nümayəndəsinin müavinidir.
URL / WWW
http://kelam.az/article/a-4079.html