Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Rus dilli məktəb məsələsi Qəbələ RLS-in yerləşdiyi ərazidə Rusiyanın nüfuzunun gücləndirilməsinə yönəlib”
15.07.11 03:38

“İndi Rusiya çox cəhd edir ki, Qəbələ RLS-in ərzaq təminatı üçün məhsul öz daxilindən - Dağıstandan gətirilsin. Çünki, onun burada siyasi maraqları az deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert deyib ki, onlar bunun üçün Azərbaycanda ərzaq qiymətlərinin baha olmasını səbəb gətirirlər. “Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərdə ərzaq təminatının yerli təsərrüfat hesabına həll edilməsinə dair təklifin də yer aldığı bildirilir. Eyni zamanda Bakının şərtlərində Qəbələ RLS-də çalışan hərbçilərin və onların ailələrinin məskunlaşdığı şəhərcikdəki əsas xidmət sahələrinin azərbaycanlılara verilməsi istəyi də var. Bura hərbi şəhərcikdə iaşə xidmətləri, ticarət işləri və s. aiddir. Rusiya tərəfinin isə bu təklifi qəbul etməməsi hiss olunur”,-deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, Rusiya hərbi elitası istəyir ki, RLS-də xidmət keçən hərbçi ailələrinin yaşadığı şəhərciyin abadlaşmasına Azərbaycan tərəfi maliyyə ayırsın. “Prinsip etibarilə onlar icarədardan müasir təmirli şəhərcik tələb etmək arzusundadırlar. Amma Azərbaycanın irəli sürdüyü şərtlərdə stansiyada və hərbi şəhərcikdə modernləşdirmə işlərinin aparılması Rusiya tərəfinin boynuna qoyulur”,-deyə ekspert bildirib. C.Sümərinli söyləyib ki, Rusiya hərbi elitası şəhərcikdə ciddi kommunal problemlərin mövcudluğunu əsas gətirərək bu istiqamətdə də Azərbaycanı “yükləmək” istəyir. O, həmçinin bildirib ki, Rusiyanın hərbi-siyasi elitası Qəbələ RLS-də çalışan hərbi qulluqçuların övladlarının təhsilsiz qalmaları səbəbindən Qəbələdə rus dilli məktəbin açılmasını istəyirlər. “Azərbaycanın şərtlərində isə belə bir məsələ yoxdur. Rus dilli məktəb məsələsi Qəbələ RLS-in yerləşdiyi ərazidə Rusiyanın nüfuzunun gücləndirilməsinə yönəlib və Azərbaycanın milli təhlükəsizlik maraqlarına təhdiddən savayı bir şey deyil. Aydın olur ki, Rusiya hərbi-siyasi elitasının Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması halında rəsmi Bakının ortaya qoyduğu şərtlərə cavab tədbirləri hazırladığı müşahidə olunur. Azərbaycan hakimiyyəti bütün bu məsələləri diqqətlə araşdırmalı və Rusiya rəhbərliyinə konkret cavab verməlidir. Əks təqdirdə, Qəbələ RLS-in növbəti dəfə də icarəyə verilməsi Azərbaycana ziyandan başqa heç nə verməyəcək”,-deyə C.Sümərinli əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4074.html