Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Qubada “Mütaliə həftəsi” aksiyası davam edir
14.07.11 01:08

Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə şəhərin mərkəzi meydanında bu həftənin sonunadək davam etdirilməsi nəzərdə tutulan “Mütaliə həftəsi” adlı aksiya keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, aksiyanın keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan marağını artırmaq, mütaliəni təbliğ etməkdir. Tədbirdə təşkil olunan “Mütaliə stolu”nda oxucular üçün mütaliə imkanı yaradılıb. Oxucular burada yeni kitablarla, habelə gündəlik dərc olunan qəzetlərlə tanış olmaq imkanı qazanıb. Aksiyada “Yeni oxucuların qeydiyyat stolunda” oxuculara kitabxanaya üzv olmaq imkanı da yaradılıb. Qeyd edək ki, mütaliə həftəsində rayon MKS-nə yeni daxil olmuş və oxucuların böyük marağına səbəb olacaq kitablar nümayiş etdirilir. Xatırladaq ki, tədbirdə “Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyevin layiqli davamçısı”, “Doğma Qarabağım”, “2011-ci il Turizm ilidir”, “Kitabxanalarımız bu gün”, “Müəllif hədiyyəsi”, “Tarix keçmişdən gələcəyə”, “Müasir Quba yazarları” və s. mövzularda sərgilər də təşkil olunub. “Mütaliə həftəsi” çərçivəsində 1000-ə yaxın latın qrafikalı Azərbaycan ədəbiyyatı, 20 adda qəzet, jurnal və xeyli sayda müxtəlif dillərdə çap məhsulları oxuculara təqdim olunacaq. “Mütaliə həftəsi” aksiyasında Qubalı yazarlar öz oxucuları ilə görüşüb, yeni kitabları, habelə yaradıcılıq planları haqqında məlumat verilib, onlar öz sevimli kitablarını bir neçə həvəskar oxuculara hədiyyə ediblər. Tədbirdə Sumqayıt şəhər, Qusar, Ağdaş rayon MKS-ləri direktorları, kitabxana mütəxəssisləri, habelə rayon ziyalıları, yeniyetmə və gənclər iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-4073.html