Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Turizm İnstitutunun 19 tələbəsi Krems Universitetinin diplomunu qazanıb
14.07.11 03:08

Turizm İnstitutunun Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) üzrə təhsil alan tələbələrinin dövlət imtahanı yekunlaşıb. ATİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu proqram üzrə təhsil alan 21 tələbə milli diplomlar üzrə keçirilən dövlət imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra ikinci imtahana buraxılıb. 19 tələbə bu imtahanı da yüksək səviyyədə verərək Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomuna layiq görülüb. Qeyd edək ki, ötən il bu diplomu ATİ-nin 14 tələbəsi əldə edə bilmişdi. İyulun 14-də isə Beynəlxalq Muğam Mərkəzində institutun “Məzun 2011” adlı buraxılış tədbiri keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov və digər müvafiq nazirliklərin səlahiyyətli nümayəndələrinin, Bakıda fəaliyyət göstərən diplomatik korpus üzvlərinin, ölkəmizin dövlət, elm və mədəniyyət xadimlərinin, ATİ-nin beynəlxalq əməkdaş təhsil müəssisələrinin rəhbərlərinin və KİV nümayəndələrinin iştirakı gözlənilir. Mərasimdə ATİ-nin builki 193 nəfər məzununa fəxri diplomlar, 19 nəfər Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) məzunlarına Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu, 1 nəfərə isə II ali təhsil haqqında ATİ-nin diplomu təqdim ediləcək. Rəsmi hissədən sonra tədbir muğam sənətinin tanınmış ifaçılarının və incəsənət ustalarının ifası ilə davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4070.html