Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Qarabağ danışıqları barədə yeganə təhlükə yaşayan Rusiyanın vasitəçilik missiyasıdır”
14.07.11 01:08

“Kazan görüşünün ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrovun əvvəlcə İrəvana və Bakıya, sonra da Vaşinqtona səfəri məqsədli idi. Məsələn, Qafqaz ölkələrinə səfərlərin məqsədi prezidentlərə Dmitri Medvedevin məktubunu çatdırmaq oldu”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert burada Rusiyanın xarici işlər nazirini Vaşinqtona hansı məqsədlərin aparmasının xüsusi diqqət çəkdiyi vurğulayır. “Uğursuz Kazan görüşündən sonra çox güman ki, Rusiya xarici işlər nazirinin Vaşinqtona səfər etməkdə məqsədi təkcə ABŞ-ı prosesin gedişi ilə bağlı məlumatlandırmaq deyil, həm də onun gələcəkdə də davam etməsi üçün mandat almaqdır. ABŞ proseslə bağlı kifayət qədər məlumatlıdır, çünki proses onun təmsilçisinin bilavasitə iştirakı ilə davam edir. Bu gün Qarabağ danışıqları barədə yeganə təhlükə yaşayan Rusiyanın vasitəçilik missiyasıdır. Son bir neçə ildə Rusiya bir neçə dəfə dünya birliyini intizarda saxlayıb. Sonuncu dəfə belə hal ötən il Astanada, bu il isə Kazanda baş verib. Hər iki halda böyük dövlət başçıları prezidentlər arasında ciddi bir anlaşmanın baş verəcəyinə ümid ediblər. Amma sonda hər şey məyusluqla bitib”,-deyə E.Şahinoğlu vurğulayıb. Onun sözlərinə görə, çox maraqlıdır ki, Kazanda baş verən uğursuzluqdan az sonra Rusiya yenidən öz təklifləri ilə bölgəyə üz tutub. “Son təkliflərin məğzi haqda məlumat verilmir, lakin böyük ehtimalla bu, sadəcə, danışıqların davam etdirilməsinə çağırışdır”,-deyə ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4069.html