Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-da Rumıniya hakim partiyasının nümayəndə heyəti ilə görüş olub
14.07.11 01:08

Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniya Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında akademiyanın üzvləri ilə görüşüblər. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə AMEA prezidenti Mahmud Kərimov qonaqları salamlayaraq Azərbaycan ilə Rumıniya arasındakı dostluq əlaqələrindən bəhs açıb. Rumıniyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğuna toxunan AMEA prezidenti iki ölkənin elm adamları və elmlər akademiyaları arasındakı əlaqələrdən danışıb. Millət vəkili Asəf Hacıyev qonaqları akademiya üzvlərinə təqdim edib. Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanu çıxışında Rumıniyanın Azərbaycana dost ölkə olduğunu söyləyib. Rumıniya Elmər Akademiyasının vitse-prezidenti Mario Sala çıxış edərək deyib ki, bu il Rumıniya Elmlər Akademiyasının 145 illik yubileyi qeyd olunur. Rumıniya Elmlər Akademiyasının 65 institutunun fəaliyyət göstərdiyini bildirən vitse-prezident AMEA-nın elmi tədqiqat institutları ilə Rumıniyanın Elmlər Akademiyasının elmi institutları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyinə toxunub. Dilçilik üzrə mütəxəssis olan M.Sala müəllifi olduğu kitabı AMEA prezidenti Mahmud Kərimova təqdim edib. Daha sonra çıxış edən Rumıniya Elmlər Akademiyasının həqiqi üzvü Avqustin Bzura ölkəmizdə mədəniyyətə və elmin inkişafına göstərilən dövlət qayğısından danışıb.
URL / WWW
http://kelam.az/article/a-4067.html