Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyx vətəndaşları israfçılığa yol verməməyə çağırdı
14.07.11 01:08

“Bir çox hallarda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının müraciətində bildirilib. QMİ sədrinin müavini Hacı Sabir Həsənlinin QMİ-də keçirilən Dəyirmi masada oxuduğu müraciətdə toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulub: “Xüsusilə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq”.Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə bildirib ki, toy və yas mərasimlərində israfçılıq hallarına yol verilməsi doğru deyil, dinimiz israfın əleyhinədir. Onun sözlərinə görə, bu kimi halların olmaması üçün kimisə məcbur etmək olmaz və bu məsələ maarifləndirmə yolu ilə həll edilməlidir. Şeyxülislam Allahşükür Paşazadə bu məsələdə medianın rolunun da qaçılmaz olduğunu vurğulayıb. A.Paşazadə həmçinin Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsində həlak olanların yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib. Hadisədən kədərləndiyini bildirən Şeyx Rusiya gəmisinin batdığını xatırladaraq bu hadisə nəticəsində həlak olanların yaxınlarına da başsağlığı verib.
URL / WWW
http://kelam.az/article/a-4066.html