Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in fəaliyyətdə olan sədri həmsədrlərlə görüşüb
14.07.11 03:07

Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis iyulun 12-də Vilnüsdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. “KƏLAMİNFO” Litva XİN-ə istinadən xəbər verir ki, görüşdə həmsədrlər iyunun 24-də keçirilmiş Kazan görüşü və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi haqqında məlumatlandırıblar. Görüşdə danışıqlar prosesinin perspektivi və ilin sonuna qədər nəzərdə tutulan plan müzakirə edilib. A.Ajubalis həmsədrlərin səylərinə dəstəyini ifadə edərək qarşılıqlı etimadın möhkəmləndirilməsi işinə vətəndaş cəmiyyətlərinin daha çox cəlb olunmasını istəyib.
URL / WWW
http://kelam.az/article/a-4064.html