Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dədə Qorqud 17-ci Beynəlxalq Sənət Festivalı keçiriləcək
12.07.11 22:08

Sabahdan etibarən iyulun 18-dək Türkiyənin Bayburt şəhərində “Dədə Qorqud” 17-ci Beynəlxalq Sənət Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, 1995-ci ildən Dədə Qorqudun şərəfinə keçirilən bu ilki festivalda Bayburt Dədə Qorqud 17-ci Beynəlxalq Sənət Festivalına Türkiyə, Azərbaycan, Albaniya, Makedoniya və s. kimi ölkələrdən siyasət, elm, ədəbiyyat və incəsənət xadimləri dəvət olunub. Festivalda Azərbaycanı Milli Məclisin deputatı Qənirə Paşayeva və şair Elxan Zal Qaraxanlı təmsil edəcək. Milli Məclisin deputatı Qənirə Paşayeva festivalın açılış mərasimində çıxış edəcək və tədbir çərçivəsində Türkiyədən və digər türkdilli dövlətlərdən və toplumlardan olan rəsmi şəxslər, bölgə rəsmiləri ilə görüşlər keçirəcək. Xatırladaq ki, türkdilli dövlətlərin, o cümlədən başqa ölkələrin ərazilərində yaşayan türk icmalarının elm, siyasət, ədəbiyyat, incəsənət xadimlərinin iştirak edəcəyi mərasimin proqramı rəngarəng olacaq. Burada türk dünyasının foto və rəsm sərgiləri, müxtəlif ölkələrdən folklor ansambllarının çıxışları, tarixi yerlərə ziyarətlər, şeir yarışmaları, “Dədə Qorqud” mövzusunda teatr tamaşaları və s. kimi tədbirlərin də keçiriləcəyi planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-4063.html