Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “AB-nin Qarabağ probleminin həllində öz rolunu və iştirakını artırmaq niyyəti getdikcə artır”
13.07.11 02:04

“Kazan görüşünün uğursuz alınmasından sonra Avropa Birliyinin (AB) Qarabağ probleminin həllində öz rolunu və iştirakını artırmaq niyyəti getdikcə artır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, hazırda şübhəsiz ki, bu haqda AB daxilində müzakirələr aparılır və heç birlik özü də bunu gizlətmir. “Amma AB Minsk qrupuna əlavə olaraq qoşular, yoxsa Fransanı əvəzləyər, yoxsa başqa bir formada reallaşa bilər, bu hələ müzakirə mövzusudur. Çünki Fransa bu mövqeyini AB-yə vermək niyyətində deyil. Xüsusən son Kazan görüşündəki uğursuzluqdan sonra Fransa da təşəbbüsü ələ alıb, yeni təşəbbüs irəli sürmək haqda fikirləşir”,-deyə F.Sadıxov vurğulayıb. AB Minsk qrupuna üzv olarsa, bu, məsələnin həllinə ciddi təsir edib- etməyəcəyinə münasibət bildirən ekspert deyib ki, hazırkı iqtidarın Ermənistanda hakimiyyətdə olduğu müddətdə Qarabağla bağlı heç bir irəliləyiş gözlənilmir.
URL / WWW
http://kelam.az/article/a-4058.html