Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
13.07.11 02:03

Rusiya prezidenti Dimitri Medvedevlə ABŞ prezidenti Barak Obama arasında telefon söhbəti olub. “KƏLAMİNFO” Kremlin rəsmi saytına istinadən xəbər verir ki, iki ölkənin dövlət başçıları telefon danışıqları çərçivəsində regional və beynəlxalq problemlərin həllinə kömək məqsədi ilə ikitərəfli koordinasiya suallarını müzakirə ediblər. Məlumatda bildirilir ki, "ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin başçıları olaraq, Dmitri Medvedev və Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırki vəziyyəti haqqında fikirləri mübadiləsi aparıblar." Rusiyalı həmkarın bu istiqamətdə atdığı addımları, həmçinin, bu yaxınlarda Kazanda Azərbaycan və Ermənistan liderləri ilə keçirmiş görüş ABŞ prezidenti tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, tərəflərin gələcəkdə də Bakı və Yerevanın problemin sülh yolu ilə həllinin axtarışlarında yardımçı olmaq məqsədi ilə birgə addımların atılmasına niyyətli olduqları qeyd olunub.Xatırladaq ki, hazırda Rusiya xarici işlər naziri Serqey Lavrov Vaşinqtonda səfərdədir. Onun amerikalı həmkarı Hillari Klintonla görüşəcəyi və müzakirə edəcəyi məsələlər arasında Qarabağ tənzimlənməsinin olacağı xəbər verilir.
URL / WWW
http://kelam.az/article/a-4057.html