Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BTRIB paytaxtda telefon çəkilişi prosesini elektronlaşdırmağı planlaşdırır
11.07.11 20:04

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRIB) paytaxtda telefon çəkilişi prosesini elektronlaşdırmağı planlaşdırır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BTRİB-dən veriblər. Burada söhbət telefon çəkilişi ilə bağlı ərizənin verilməsindən və vətəndaşın mənzilinə telefonun işləməsinə qədər olan prosesin elektronlaşmasından gedir. Belə ki, telefon çəkdirmək istəyən vətəndaş BTRİB-in portalına daxil olmaqla yaşadığı ünvan üzrə aidiyyəti qovşağı seçir və ona təqdim olunan elektron ərizəni doldurur və plastik kartla elekton ödəniş aparır. Bundan sonra montyor gələrək mənzilə telefon çəkir. Qeyd edək ki, bütün bu proseslərin icrası rəhbərliyin tam nəzarətində olacaq ki, bu da iş prosesinə nəzarətin daha da gücləndirilməsi deməkdir.
URL / WWW
http://kelam.az/article/a-4053.html