Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF tərəfindən 6 ayda 98 010 vətəndaşa fərdi hesab açılıb
12.07.11 02:04

Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində, cari ilin əvvəli ilə müqayisədə sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 5,44 faiz artıb. Belə ki, cari ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 98 010 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”a verilən məlumata görə, nəticədə 01.07.2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 898 462 nəfərə catıb. Sığortaolunanların 55,8 faizi kişi, 44,2 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 22,6 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,1 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-4052.html