Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan Əziz Yıldırımın həbs olunmasına münasibət bildirdi
12.07.11 02:04

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımın həbs olunmasına münasibətini bildirib. Jurnalistlərin suallarına cavab verən Ərdoğan bunun məhkəmə qərarı olduğunu, bu barədə danışmasının doğru olmayacağını deyib: “Bu məhkəmə qərarıdır. Onların əllərində olan səbəbləri isə mən onsuzda bilmirəm”. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, jurnalistlərdən birinin, qərarın açıqlanmasından sonra “Fənərbaxça” azarkeşlərinin törətdiyi qalmaqallar barədə verdiyi suala Ərdoğan özünün də “Fənərbaxça” tərəfdarı olduğunu, fiziki şəxslərlə hüquqi şəxsləri düzgün qiymətləndirmək lazım olduğunu deyib: “Məhkəmənin verdiyi qərarı qəbul etmək lazımdır. Belə addım atmaqları demokratik parlamentar sistem daxilində “Fənərbaxça” icmasına yaraşan rəftardır. Mən də “Fənərbaxça” tərəfdarıyam. Amma məhkəmənin verdiyi qərar var və bunu qəbul etməliyik. Əsas olan fiziki şəxslərlə hüquqi şəxsləri doğru qiymətləndirməkdir”.
URL / WWW
http://kelam.az/article/a-4049.html