Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nazir: “Hər hansı bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bizim üçün böyük fürsətdir”
12.07.11 02:04

“Biz Azərbaycanın gerçəkliklərini hər zaman dünya miqyasında təbliğ etməyə böyük əhəmiyyət veririk. Bilirsiniz ki, Azərbaycan turizm potensialı, Azərbaycanın reklamı, müxtəlif iqtisadi inkişafı ilə bağlı müxtəlif suallar, sərgilər, tədbirlər keçirilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. “Düşünürük ki, hər hansı bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bizim üçün böyük bir fürsətdir ki, ölkəmizin gerçəkliyini, inkişafını müasir durumunu, Azərbaycanda gedən işlər haqqında geniş məlumatı yayaq və Azərbaycanı təbliğ edək”,-deyə Ə.Qarayev əlavə edib. Beynəlxalq tədbirlərin Azərbaycan üçün əhəmiyyətindən danışan nazir 2012-ci ildə ölkəmizdə keçiriləcək “Eurovision–2012” mahnı müsabiqəsinə də toxunub: “Eurovision” mahnı yarışmasının keçirilməsi üçün dövlət tərəfindən işlər görülür. Sözsüz ki, bu müsabiqənin ölkəmizdə keçirilməsi Azərbaycana yeni bir təkan olacaq. Ölkəmizin həqiqətlərini dünyaya təqdim etmək üçün “Eurovision” müsabiqəsi ərəfəsində də bu yöndə çox gözəl işlərimiz planlaşdırılıb”.
URL / WWW
http://kelam.az/article/a-4048.html