Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Joao Soareş: Qafqaz üzrə aparılan mövcud danışıqları aktivləşdirmək gərəkdir
11.07.11 20:04

Qafqaz üzrə aparılan mövcud danışıqları aktivləşdirmək gərəkdir. Bu sözləri ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsi Joao Soareş bildirib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, J.Soareş bildirib ki, Dağlıq Qarabağ üzrə Minsk prosesini mütləq dəstəkləmək gərəkdir. Onun sözlərinə görə, yeni postunda Cənubi Qafqaz regionu ölkələri ilə əlaqələrin möhkəmlənməsinə çalışacaq və bu missiyanı yerinə yetirmək, regionun parlamentariləri arasında daha sıx körpülər qurmaq onun üçün böyük şərəfdir. “Qafqaz üzrə indiyə qədər aparılan danışıqları aktivləşdirmək, eləcə də regionda sülh və daimi sülhün əldə olunması üçün Minsk qrupunun fəaliyyətini dəstəkləmək gərəkdir”.Öz növbəsində ATƏT PA-nın prezidenti Petros Eftimiu bildirib ki, Soareşin təqdimatı Ermənistan, Azərbaycan və Gürcüstan nümayəndələri ilə məsləhətləşmələrdən sonra mümkün olub. “Joao Soareş regionda əhəmiyyətli tərəfdaşlarla şəxsi münasibətlərə malik olub sıx və geniş və şəxsi əlaqələrə malikdir. Bundan əlavə o, insanları birləşdirməyə kömək edə biləcək və Qafqazda davam edən münaqişələrə siyasi diqqəti yönəltmək üçün zəruri olan diplomatik təcrübəyə malikdir”. Xatırladaq ki, bundan əvvəl ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker olub.
URL / WWW
http://kelam.az/article/a-4047.html