Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » III ixtisas qrupu üzrə əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlərdə yaranacaq
08.07.11 22:28

Cari tədris ilində ali məktəblərin III ixtisas qrupu üzrə əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlərdə yaranacaq. “KƏLAMİNFO” xəbər ki, bunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, bu il III ixtisas qrupu üzrə 8981 nəfər müsabiqəyə buraxılıb və bu qrup üzrə plan yeri isə 8 814-dür. “Bir yerə müsabiqə vəziyyəti bir nəfərdir. Bu qrup üzrə dövlət sifarişli yerlərin sayı isə 2099-dur. Bu yerlərə III qrup üzrə qəbul imtahanında 350-dən yuxarı bal toplayan abituriyentlər buraxılacaqlar. Həmin abituriyentlərin sayı isə 4525 nəfərdir. Buna əsasən deyə bilərik ki, III qrup üzrə dövlət sifarişli yerlərə müsabiqə vəziyyəti bir yerə iki nəfər təşkil edəcək”,-deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, ixtisas seçərkən abituriyentlər daha çox öz istəklərini yox, ballarını nəzərə almalıdırlar. “Bu il III qrup üzrə 500 baldan yuxarı nəticə göstərən 1436 nəfər var. Bu qrupun ən populyar ixtisasları olan hüquqşünaslıq, Azərbaycan dili müəllimliyi və xarici dil ixtisasları üzrə dövlət sifarişli yerlərin sayı təxminən 800-dür. Adətən yüksək bal toplayan abituriyentlər yüksək ixtisasları seçmək istəyirlər. Bu il 500 baldan yuxarı nəticə göstərənlərin pulsuz oxumağa ümidi o qədər də yuxarı deyil”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4041.html