Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gənclər və gənc alimlər barəsində məlumat bankı yaradılacaq
08.07.11 22:28

Azərbaycanda istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması nəzərdə tutulub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında əks olunub. Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində potensialı haqqında dolğun məlumat¬ın formalaşdırıl¬ması, dövlət dəstəyinin ünvanlılığı və səmərəliliyinin təmin edilməsi məqsədi daşıyan layihənin formalaşması 2011-2012-ci illəri əhatə edəcək. Məlumat bankının yaradılmasını Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirəcəklər. Tədbirlər Planında, həmçinin bu illər ərzində gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili də nəzərdə tutulub. Məqsəd onların elmi fəaliyyətinin stimullaşdırılmasından ibarətdir. Bu işin icraçısı isə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu olacaq. Qeyd edək ki, iyulun 7-si 2011-ci ildə prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilib.
URL / WWW
http://kelam.az/article/a-4039.html